İdman

Amerikalı basketbolçu: “Azərbaycan çempionatın səviyyəsi olduqca yaxşıdır” MUSAHİBƏ + FOTO

Sharing is caring!


“Azərbaycan çempionatın səviyyəsi olduqca yaxşıdır. Hər bir komandanın əcnəbi oyunçularından əlavə, lider bir yerli basketbolçusu var”.

Oxu.Az xəbər verir ki, bu fikirləri “Şəki” basketbol klubunun amerikalı oyunçusu Kris Klarkın Mətbuat Xidmətinə müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– Avstraliya, Boliviya, Böyük Britaniya, Səudiyyə Ərəbistanı və Lüksemburqda oynamısınız. İndi isə Azərbaycanda karyeranızı davam etdirirsiniz. Bu proses necə baş verdi?

– Əvvəla bildirim ki, sadaladığınız ölkələrdən başqa, Peru və Almaniyada da oynamışam. Azərbaycanda oynamağıma gəlincə, menecerim burada çıxış etmək imkanımın olduğunu bildirdi. Ölkə haqda əvvəl eşitsəm də, çempionatla tanış deyildim. Mən Afrika istisna olmaqla, demək olar ki, bütün qitələrdə oynamışam. Noyabrın 25-də 38 yaşım tamam oldu, komandanın ən yaşlı oyunçusuyam. Bura gələndə düşündüm ki, karyeramın son illərini burada keçirməyim mənim üçün yaxşı şans olar.

– Son klubunuz Səudiyyə Ərəbistanının “Əl-Ənsar” klubu olub. Azərbaycan oynadığınız 2-ci İslam ölkəsidir. Əyləncə, gecə klubları baxımından müəyyən problemlərlə üzləşmirsiniz?

– Yox, bu baxımdan elə də problem yaşamıram. Gecə klublarının olmaması mənim üçün problem deyil. İstənilən halda, gecə klublarına digər ölkələrdə olanda da getmirdim. Adətən boş vaxtlarımda musiqiyə qulaq asıram, ailəmlə görüntülü danışıram və ya gözəl mənzərəli yerlərin şəkillərini çəkirəm. Şəkidə yaşamaq bir az fərqlidir, ancaq əyləncəlidir.

– Komandada sizdən başqa, iki amerikalı basketbolçu var. Ümumiyyətlə, Azərbaycan Basketbol Liqasında çıxış edən həmyerlilərinizdən əvvəlcədən tanıdıqlarınız və ya dostluq əlaqələrinizin olduğu varmı?

– Yox, heç birini daha öncədən tanımırdım. Onların çoxu karyeralarının əvvəlindədir. Mən isə 15 ildir ki, basketboldayam.

Azərbaycan çempionatının səviyyəsini necə görürsünüz?

– Çempionatın səviyyəsi olduqca yaxşıdır. Hər bir komandanın əcnəbi oyunçularından əlavə, lider bir yerli basketbolçusu var.

– Hansı mövqedə çıxış etmək sizə daha rahat gəlir?

– Mən oyun qurucusuyam (Point guard). Ancaq hücumameyilli müdafiəçi (Shooting guard) kimi də oynamaq imkanım var. Hər iki mövqedə oynayarkən özümü rahat hiss edirəm.

 – Sonda bunu da soruşaq. 5 turda komanda bütün görüşlərdə uduzub və turnir cədvəlində sonuncudur. Qalib gəlməyin çıxış yolunu nədə görürsünüz?

– Biz sadəcə daha yaxşı oynamalıyıq. Məşqlər zamanı gündəlik incəlikləri təkmilləşdirməliyik. Belə olsa, oyunlarda qalib gələcəyik.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir