İdman

“Qarabağ” azarkeşləri “Sabah”la oyunda 82 oturacaq sındırıblar

Sharing is caring!


“Sabah” klubunun ev oyunlarını keçirdiyi “Bank Respublika Arena”da 82 ədəd oturacaq sındırılıb.

Oxu.Az xəbər verir ki, hadisə paytaxt təmsilçisinin “Qarabağ”a 1:2 hesabı ilə uduzduğu Premyer Liqanın XIV turunun matçında baş verib.

AFFA İntizam Komitəsinin (İK) qərarına əsasən, Ağdam təmsilçisinin azarkeşləri tərəfindən stadiona dəymiş ziyan “Qarabağ” klubu tərəfindən ödəniləcək.

Bundan əlavə, İK “Sabah”ı 800 manat cərimələyib. Buna sözügedən qarşılaşmadan sonra kənar şəxslərin meydana girməsi səbəb olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir