İqtisadiyyat

Milli Məclis 2021-ci ilin büdcəsini müzakirə edir

Sharing is caring!

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

XəbərAl.az xəbər verir ki, sənədi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edir.

İclasda Baş nazir Əli Əsədov, Maliyyə naziri Samir Şərifov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, İqtisadiyyat naziri Mikayıl Cabbarov və digər hökumət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, 2021-ci il dövlət büdcəsinin gəlirləri isə 25 milyard 427 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 33,6 faizi həcmində olmaqla, 2020-ci ilin proqnozu ilə müqayisədə 1 milyard 303 milyon manat və yaxud 5,4 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 1 milyard 208,9 milyon manat və yaxud 5 faiz çoxdur. 2021-ci il dövlət büdcəsinin xərcləri 28 milyard 543 milyon manat (ÜDM-də xüsusi çəkisi 37,7 faiz) proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1 milyard 50,8 milyon manat və yaxud 3,8 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 4 milyard 117,1 milyon manat və yaxud 16,9 faiz çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir