İdman

“Qəbələ”nin baş məşqçisi: “Komandamızdan sürpriz nəticə gözləmək olar”

Sharing is caring!


“Bütün planlarımız baş tutsa, daha az səhv etsək, komandamızdan sürpriz nəticə gözləmək olar”.

Bunu “Report”a açıqlamasında “Qəbələ”nin U-19 komandasının baş məşqçisi Famil Xəlilov bu gün Yunanıstan “Olimpiakos”una qarşı keçirəcəkləri UEFA Gənclər Liqasının II mərhələsinin cavab oyunu ilə bağlı danışarkən deyib.

Mütəxəssis ilk matçda yaxşı oynasalar da, gözləmədikləri hesabla uduzduqlarını bildirib:

“Səfərə uduzmaq üçün gəlməmişik. Nəticə əldə etmək, hətta mərhələ adlamaq üçün buradayıq. Çətin görünür, çünki 0:3 hesablı məğlubiyyətin əvəzini çıxmaq asan deyil. Amma mümkünsüz deyil”.

Xəlilov oyunçuların yaxşı formada olduğunu diqqətə çatdırıb: “Bu rəqibə qalib gələ biləcəklərinin fərqindədirlər. Üç qol vurub matçı əlavə vaxta aparmaq olar. Hətta penaltilər seriyasına da daşımaq mümkündür. Qarşılaşmaya yaxşı hazırlaşmışıq”.

Qeyd edək ki, bu gün reallaşacaq “Olimpiakos” – “Qəbələ” görüşü Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir