İqtisadiyyat

Samirə Musayeva: “Vergilərin 96 faizi könüllü ödənilir”

Sharing is caring!


Azərbaycanda vergilərin 96%-ə yaxını dövlət büdcəsinə könüllü ödəmə şəklində daxil olur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xəbər verir ki, bunu qurumun rəis müavini Samirə Musayeva bildirib.

O, sahibkar-dövlət münasibətlərində etimadın artdığını qeyd edərək, nəticə etibarilə vergi öhdəliklərinin könüllü yerinə yetirilməsində müsbət dinamikanın olduğunu vurğulayıb. Vergi rəsmisi qeyd edib ki, son vaxtlar aparılan inzibatçılıq və qanunvericilik islahatları vergi öhdəliklərinə əməletmənin asanlaşmasına şərait yaradıb, qeyri-neft sektoru üzrə büdcəyə vergi daxilolmalarının artım tempi qeyri-neft ÜDM-in artım tempini üstələyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir