İdman

Norveç klubu ilə matç üçün “Qarabağ” azarkeşlərinə 737 bilet ayrılıb

Sharing is caring!


UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Norveçdə “Molde” klubunun qonağı olacaq “Qarabağ”a 737 bilet ayrılıb.

Bu barədə “köhlən atlar”ın mətbuat katibi Anar Hacıyev məlumat verib.

O, qarşılaşma üçün azərbaycanlı azarkeşlərin müraciətlərinin olduğunu diqqətə çatdırıb: “Amma fanatlarımızın nə qədər olacağını oyun vaxtı biləcəyik. Biletlər qarşılaşmanın startından 2 saat əvvəl satışa çıxarılacaq”.

Noyabrın 30-da keçiriləcək “Molde” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda hər iki komandanın hesabında 6 xal var.

Qeyd edək ki, ikinci yer uğrunda həlledici qarşılaşmadan öncə “Qarabağ” qrupda 2-ci, “Molde” isə 3-cü pillədə qərarlaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir