Cəmiyyət

Bakıda sinif yoldaşını bıçaqlayan 11-ci sinif şagirdinə hökm oxundu

Sharing is caring!

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda sinif yoldaşını bıçaqlamaqda ittiham olunan Nihad Fərhadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Nihad Fərhadov 5 il 7 ay azadlıqdan məhrum olunub.

Xatırladaq ki, bu ilin yanvar ayında Səbail rayonu ərazisində Bakı şəhər sakini, 17 yaşlı Cəmil Həsənov bıçaqlanıb.

C.Həsənova bədən xəsarəti yetirməkdə şübhəli bilinən 18 yaşlı Nihad Fərhadov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.

Hər iki şagird Bakı şəhəri 162 nömrəli tam orta məktəbinin 11-ci sinif şagirdi olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir