Cəmiyyət

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar şəhid övladlarının “Yanardağ” Qoruğuna ekskursiyası təşkil edilib

Sharing is caring!

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın zəfər qazandığı Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksələn Abşeronlu igidlərin övladlarının “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna ustad dərsləri ilə müşahidə olunan ekskursiyası təşkil edilib. Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü, İctimai Şuranın və “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun təşkilatçılığı ilə keçirilən ekskursiya Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunub.Əvvəlcə iştirakçıların Abşeron RİH-inin inzibati binasının qarşısından yolasalma mərasimi keçirilib. İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələri ilə görüşüb, hər zaman olduğu kimi, onların qayğıları və problemləri ilə maraqlanıb.“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda baş tutan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə başçının müavini Gülnar Rəhimova, İctimai Şuranın üzvləri, könüllülər, şəhid övladları iştirak edib.Ümummilli Lider Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.Abşeron RİH-nin İctimai-siyasi və humanitar məsələlər üzrə başçının müavini Gülnar Rəhimova çıxış edərək bildirib ki, 44 gün – Azərbaycan, o cümlədən dünya tarixinə qızıl rəqəmlərlə yazılmış şanlı zəfərimizin ömrüdür. Vətən Müharibəsi, “Dəmir yumruq” əməliyyatı , böyük qələbə kimi, xalqımızın qəhrəmanlıq tarixində yeni səhifə açıb. Hər birimiz vətən uğrunda canından keçən qəhrəman şəhidlərin və qazilərimizin əmanət övladlarını qorumaq və qayğısına qalmalıyıq. Ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısı davamlı xarakter daşıyır və bu siyasətin əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Bu gün də bu siyasət Cənab Prezident, Ali Baş komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Sonra açıq səma altında tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə bədii kompozisiya, Xırdalan şəhər 10 nömrəli tam orta məktəbin rəqs qrupu hazırladığı milli rəqs nömrələri təqdim edilib, şəhid övladları şeirlər söyləyiblər.Daha sonra uşaqlara təsviri incəsənətin ən qədim növü sayılan “Ebru” sənəti haqda məlumatlar verilib, onların rəssamlıq bacarıqlarını inkişaf etdirmək imkanlar yaradılıb, müəllimlərlə birlikdə rəsm əsərləri çəkiblər.Uşaqlara qələbəmizdən, zəfərimizdən, qəhrəman şəhidlərimizdən bəhs edən xüsusi illüstrasiyalı kitablar hədiyyə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir