Dünya

Çinin Kambocada gizli hərbi dəniz bazası planı faş oldu

Sharing is caring!

Çin Kambocada hərbi-dəniz bazasının inşasına hazırlaşır və hər iki ölkə bu faktı gizlədir.

Bu barədə “The Washington Post” qəzetinə bir neçə Qərb rəsmisi məlumat verib.

Bildirilir ki, söhbət Kambocanın cənub-qərbində yerləşən Ream hərbi-dəniz bazasının şimal hissəsində, Siam körfəzi sahilində təməli bu həftə qoyulacaq obyektdən gedir.

Qəzetin həmsöhbətləri izah ediblər ki, hərbi dəniz bazasının məhz Hind-Sakit okean regionunda tikintisi Çin üçün strateji əhəmiyyət kəsb edir, çünki Pekində bu region qanuni və tarixi nüfuz dairəsi kimi qəbul edilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir