Dünya

Özbəkistanda metro xəttinə yıxılan sərnişin ölümdən döndü – FOTO/VİDEO

Sharing is caring!

Özbəkistanın paytaxtı Daşkənddə sərnişin metro xəttinə yıxılıb. Digər sərnişinlər onun köməyinə qaçıb. Yaşanan hadisə təhlükəsizlik kameralarına əks olunub.

Görüntülərdə qapılar bağlandıqdan sonra metroya minmək üçün qaçan sərnişinin ayağının sürüşdüyü və yerə yıxılaraq metro xəttinə yuvarlandığı görünür. Dərhal qatar sürücüsünə xəbər verilib və xəsarət alan sərnişin çətinliklə də olsa, relslərin arasından çıxarılıb.

Mənbə: TRT Haber

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir