Dünya

Jivitski: “Rusiya Sumı istiqamətində Ukrayna ilə dövlət sərhədini yarmağa çalışır”

Sharing is caring!

“Səhər saatlarından Rusiya ərazisindən Ukraynanın Sumı vilayətinin atəşə tutulması davam edir”.

Bu barədə Sumı vilayətinin hərbi administrasiyasının sədri Dmitri Jivitski “Telegram” kanalında məlumat verib.

O, bildirib ki, Şostkinski rayounun şimalında döyüş gedir və Seredino-Buda rayonunda dövlət sərhədini yarmaq cəhdi mövcuddur.

“Esman rayonunda beşə yaxın partlayış olub. Boyaro-Lejaçi istiqamətində 70-ə yaxın partlayış olub. Altı partlayış Sopiç qəsəbəsi ərazisində qeydə alınıb”, – deyə D.Jivitski bildirib.

Jivitskinin sözlərinə görə, Rusiya ordusunun atəşi nəticəsində sərhəddə yanğınlar başlayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir