Cəmiyyət

Özünü sayt rəhbəri kimi təqdim edən şəxs hakim qarşısına çıxır

Sharing is caring!


Zaqatalada özünü sayt rəhbəri kimi təqdim edərək hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Vüqar Musayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsimə göndərilib.

Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib.

Məhkəmənin ilkin hazırlıq iclası sentyabrın 27-nə təyin edilib.

Qeyd edək ki, Zaqatala rayonunun Aşağı Tala kənd sakini Vüqar Rəcəb oğlu Musayevin rayon sakinlərinə qarşı dələduzluq etməsi barədə prokurorluğa şikayət daxil olub.

İlkin araşdırma zamanı məlum olub ki, V.Musayev özünü “qanunpress.com” informasiya saytının baş redaktoru və vəzifəli şəxs kimi təqdim edərək Zaqatala rayonu ərazisində ayrı-ayrı sahibkarları şantaj etmək yolu ilə pul tələb edib.

Faktla bağlı V.Musayev barəsində Zaqatala Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Daha sonra onun barəsində hədə-qorxu ilə tələb etmə maddəsi ilə ittiham irəli sürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir