Müharibə

Qarabağ bölgəsində əldəqayırma partladıcıların hazırlandığı emalatxana aşkar edilib – FOTO/VİDEO

Sharing is caring!


Qarabağ bölgəsində əraziyə baxış zamanı kustar üsullarla əldəqayırma partladıcı vasitələrin hazırlandığı emalatxana aşkar olunub.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, emalatxananın içərisində xeyli sayda dron vasitəsilə daşınabilən əldəqayırma minalar və onların hazırlanmasında daha çox insan tələfatına nail olmaq üçün istifadə edilən metal parçalar, eləcə də müxtəlif təxribatların törədilməsi məqsədilə kustar üsullarla hazırlanan digər partlayıcı qurğuların olduğu müəyyən edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri məhz bu kimi emalatxanalarda kustar üsullarla hazırlanan müxtəlif partladıcılardan istifadə ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir