İdman

Avropa çempionatı: Turan Bayramov qalib gəlib, digər üçü uduzub – YENİLƏNİB + FOTO

Sharing is caring!

Azərbaycan cüdoçusu Turan Bayramov Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında qələbə qazanıb.

“Report”un yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Bahadır Beratı (Türkiyə) ipponla məğlub edib. Onun 1/4 final finaldakı rəqibi Anton Kleynos (Polşa) olacaq.

Eyni çəkidəki Nizami İmranov 1/16 finalda Rikardu Piresə (Portuqaliya) qalib gəlsə də, növbəti görüşündə Tornike Maziaşviliyə (Gürcüstan) uduzub.

Qadınların yarışında 48 kq çəki dərəcəsində çıxış edən Könül Əliyeva 1/8 finalda Sila Ersinə (Türkiyə), 57 kq çəki dərəcəsində çıxış edən Səbinə Əliyeva 1/16 finalda Nino Tsiklauriyə (Gürcüstan) yenilib.

14:14

Azərbaycan cüdoçusu Nizami İmranov Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında qələbə qazanıb.

“Report”un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində Rikardu Pireslə (Portuqaliya) üz-üzə gəlib.

Qızıl xal bölümündə rəqibinə vazari xalı ilə qalib gələn İmranov 1/8 finala yüksəlib. İdmançı növbəti raundda Tornike Maziaşvili (Gürcüstan) ilə görüşəcək.

Qadınların yarışında 57 kq-dakı Səbinə Əliyeva 1/16 finalda Nino Tsiklauriyə (Gürcüstan) uduzub.

Qeyd edək ki, bu gün 60 kq-dakı Turan Bayramov və 8 kq-dakı Könül Əliyeva da mübarizəyə start verəcəklər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir