Dünya

Türkiyədən İrana seçki dərsi – VİDEO

Sharing is caring!


Mayın 14-də Türkiyə Cümhuriyyətində keçirilən seçkilər bütün dünyada olduğu kimi, qonşu İranda da diqqətlə izlənilib.

İran mediası seçkilərin gedişi və nəticələrini geniş şəkildə işıqlandırıb, bununla bağlı çoxsaylı şərh və təhlillər dərc edib. Seçkilərə rəsmi münasibət ilkin nəticələr elan olunduqdan dərhal sonra İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani tərəfindən ifadə olunub.

O deyib: “Türkiyə Cümhuriyyətində bazar günü keçirilən prezident və parlament seçkilərində əhalinin yüksək iştirakı və onun uğurla başa çatması bu qonşu müsəlman ölkədə xalq hakimiyyətinin qələbəsinin göstəricisidir. Bu qələbə münasibətilə Türkiyə xalqını, seçkilərin təşkilatçılarını, siyasi partiyaları və onların rəhbərlərini təbrik edirik”.

Rəsmi açıqlamada əhalinin seçkilərdə yüksək faizlə iştirakının və bunun demokratiya göstəricisi olmasının vurğulanması İranla müqayisə kontekstində maraqlı reaksiyalar doğurub.

Belə ki, İranda keçirilmiş son parlament və prezident seçkilərində rejimin yaratdığı maneələr ucbatından seçici fəallığı son dərəcə aşağı olub.

Daha ətraflı “Azad İran” “Youtube” kanalının süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir