İdman

Peşəkar Futbol Liqası I Liqa klubunun müraciətini müsbət cavablandırıb

Sharing is caring!


Futbol üzrə I Liqada çıxış edən “Difai Ağsu” bu mövsüm ev oyunlarını Şamaxıda keçirəcək.

Bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.

Bildirilib ki, adıçəkilən klub quruma məsələ ilə bağlı müraciət ünvanlayıb. Ağsu şəhər stadionunda aparılan təmir işləri ilə əlaqədar komanda ev oyunlarının Şamaxı şəhər stadionunda keçirilməsinə icazə verilməsini xahiş edib.

PFL öz növbəsində təmir işləri yekunlaşana qədər “Difai Ağsu”nun rəqiblərini Şamaxıda qəbul etməsini qərara alıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir