İdman

“Neftçi”nin futbolçusuna İspaniyanın iki klubundan TƏKLİF GƏLDİ

Sharing is caring!


Millinin və “Neftçi”nin yarımmüdafiəçisi Eddi İsrafilov yeni təklif alıb.

Sportinfo.az xəbər verir ki, 2022-ci ilin yanvarında “ağ-qaralar”la 2,5 illik müqavilə imzalayan orta sahə oyunçusuna İspaniyadan dəvət gəlib.

Sequndanın iki klubu 2016-cı ildən yığmamızın şərəfini qoruyan İsrafilovun xidmətində maraqlıdır.

Eddinin karyerası bu ölkəylə bağlıdır. Öncəki illərdə “Real Mursiya”, “Ximnastik”, “Qranada”, “Eybar” və “Kordoba”nın forması geyinib. Onun son klubu “Albasete” olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir