Cəmiyyət

Bakı metrosu ötən ay 14,3 milyon sərnişin daşıyıb

Sharing is caring!


Bu ilin avqust ayında Bakı metropolitenindən 14 milyon 292 min 400 nəfər sərnişin istifadə edib.

Bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Məlumata görə, ötən ayın hər günü ərzində orta hesabla 461 min 45 nəfər sərnişinə xidmət göstərilib. Ən çox sərnişin avqustun 31-də (535 min 233), ən az isə ayın 13-də (297 min 668) daşınıb.

Koronavirus (COVID-19) pandemiyası elan edilənə qədər olan sonuncu ilin – 2019-cu ilin avqust ayı ilə müqayisədə 10,4% az, həmçinin ötən – 2022-ci ilin eyni ayına nəzərən 1,3% çox sərnişin metrodan istifadə edib.

2023-cü ilin 8 ayı ərzində metro 138 milyon 447 min 320 sərnişin daşıyıb. Bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 7,9% az, 2022-ci ilin həmin dövrünə nisbətən isə 7,85% çoxdur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir