Cəmiyyət

Azərbaycanda ət istehsalı azalıb

Sharing is caring!


2023-cü ilin yanvar-oktyabr aylarında quş əti də daxil olmaqla diri çəkidə 485,4 min ton ət, 1864,5 min ton süd, 1832,5 milyon ədəd yumurta, 15,1 min ton yun, 357,0 ton barama istehsal olunub.

2022-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,1 faiz, süd istehsalı 1,5 faiz, yumurta istehsalı 10,5 faiz, barama istehsalı 4,6 faiz artıb, yun istehsalı isə 3,0 faiz azalıb.

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,0 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,3 faiz, bitkiçilik məhsulları üzrə isə 2,7 faiz artıb.

Kənd təsərrüfatı bitkilərinin yığımı davam edir və noyabr ayının 1-nə kimi tarlalardan qarğıdalı da daxil olmaqla 3172,6 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,8 faiz çox dənli və dənli paxlalı bitkilər, 989,3 min ton (4,0 faiz az) kartof, 1753,6 min ton (1,4 faiz çox) tərəvəz, 438,2 min ton (6,5 faiz az) bostan məhsulları, 1084,5 min ton (2,4 faiz çox) meyvə və giləmeyvə, 217,5 min ton (6,3 faiz çox) üzüm, 1102,4 ton (15,5 faiz çox) yaşıl çay yarpağı, 29,2 min ton (2,5 faiz çox) günəbaxan, 125,1 min ton (18,6 faiz az) şəkər çuğunduru, 4,2 min ton (12,2 faiz çox) tütün və 168,9 min ton (15,1 faiz az) pambıq yığılıb.

Təsərrüfatlarda 2024-cü ilin məhsulu üçün müvafiq işlər görülür. Təmiz herik şumu daxil olmaqla cari ilin payızlıq əkinləri üçün 881,7 min hektar sahədə şum qaldırılıb. Gələn ilin məhsulu üçün 369,9 min hektar sahədə dən üçün payızlıqlar səpilib. Ondan 189,1 min hektarı buğda, 180,7 min hektarı arpa və 0,1 min hektarı çovdar təşkil edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir