İdman

“Sərhədçi” baş məşqçi ilə yollarını ayırdı – YENİ TƏYİNAT

Sharing is caring!


Mövsümün ikinci yarısına hazırlaşan “Sərhədçi” basketbol komandasında baş məşqçi dəyişikliyi gerçəkləşib.

Klubdan verilən məlumata görə, “Sərhədçi” serbiyalı mütəxəssis Vladimir Boşnyakla yollarını ayırıb.

Onu bu postda türkiyəli Evren Alkaya əvəzləyib.

Qeyd edək ki, Evren Alkaya həm də qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisidir. “Sərhədçi” Azərbaycan Basketbol Liqasında 9 oyundan sonra 11 xalla 9-cu pillədə qərarlaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir