İdman

Bundesliqa: Altı qol vurulan oyunda qələbə “Bavariya”nı lider etdi – VİDEO

Sharing is caring!


“Bavariya” Almaniya Bundesliqasının 11-ci turunun oyununda “Haydenhaym”a evdə 4:2 hesabı ilə qalib gəlib.

Meydan sahiblərinin heyətində Harri Keyn dubl edib (14 və 44-cü dəqiqələr). Komandanın digər iki qolunu isə 72-ci dəqiqədə Rafael Qerreyru və 85-ci dəqiqədə Çupo-Motinq vurublar.

Qonaq komandanın heyətində isə Tim Klyayindinst (67-ci dəqiqə) və Yan-Niklas Beste (70-ci dəqiqə) fərqləniblər.

“Bavariya” 29 xal toplayaraq turnir cədvəlinin liderliyinə yüksəlib. “Haydenhaym” 13 xalla 13-cüdür.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir