Kriminal

Ağdaşda quldurluq və narkotik satışı ilə məşğul olan səkkiz nəfər saxlanılıb – FOTO

Sharing is caring!


Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son günlərdə keçirilən əməliyyatlar zamanı üzərində qanunsuz odlu silah-sursat gəzdirən, quldurluq edən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 8 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, əməliyyat məlumatı əsasında şöbənin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı üzərində odlu silah-sursat gəzdirmək şübhəli bilinən Kəlbəcər rayon sakini Nicat Yusifov saxlanılıb. Şəxsi axtarış zamanı ondan bir ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus patronlar və sandıqça aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılan şəxsin tapançanı bir müddət əvvəl tapdığı və polisə təhvil verməyərək özündə saxladığı məlum olub. N.Yusifovdan götürülmüş odlu silah-sursat ekspertizaya təqdim olunub və ekspertizanın da rəyinə əsasən, silahın atəşə tam yararlı olduğu müəyyən edilib.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbiri nəticəsində isə taksi sürücüsünə qarşı quldurluq edən rayon sakini Araz Yusifov saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma zamanı məlum olub ki, A.Yusifov taksi fəaliyyəti ilə məşğul olan zərərçəkmişin avtomobilinə müştəri kimi əyləşərək Yevlax rayonundan Ağdaşa gəlib. Deyilən ünvana çatdıqda isə kəsici alətlə sürücüyə hədə-qorxu gələrək onun üzərində olan pulunu əlindən alıb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı isə daha altı nəfər saxlanılıb. Onlardan müxtəlif növ narkotik vasitələr aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir