İdman

Voleybol üzrə Azərbaycan çempionatında I turun oyunları təxirə salınıb

Sharing is caring!


Qadın voleybolçular arasında Azərbaycan çempionatında I turun oyunları təxirə salınıb.

Bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Bildirilib ki, bu gün keçirilməsi nəzərdə tutulan UNEC – “Milli Aviasiya Akademiyası” və “Gəncə” – “Murov Az-Terminal” görüşləri başqa vaxtda gerçəkləşəcək.

Buna səbəb Azərbaycanda səfərdə olan Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiç, CEV-in vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanevlə bir sıra görüş və tədbirlərin keçirilməsinin nəzərdə tutulmasıdır.

Təxirə salınan matçların yeni tarixi hələlik məlum deyil.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir