Müharibə

Viktor Muraxovski: “Razılaşmanın imzalanmasında həlledici rolu Şuşa şəhərinin işğaldan azad edilməsi oynadı”

Sharing is caring!

“Bu müqavilələr iki saata hazırlanmayıb. Belə bir ifadə var: “Sən xoş söz və silahla sadəcə xoş sözlə nail olduğundan daha çoxuna çata bilərsən”. Əlbəttə ki, razılaşmanın imzalanmasında həlledici rolu Şuşa şəhərinin işğaldan azad edilməsi oynadı. Bu, strateji cəhətdən Dağlıq Qarabağı fəlakətin astanasına saldı və müqavilənin imzalanması üçün tətik rolunu oynadı”.

Bu sözləri  rusiyalı ictimai və siyasi xadim, ehtiyatda olan polkovnik, Beynəlxalq Məsələlər üzrə Rusiya Şurasının eksperti Viktor Muraxovski deyib.

“Bəli, Ermənistan hansısa mənada fayda götürüb. Çünki müharibədə faktiki məğlubiyyətə baxmayaraq, Qarabağa nəqliyyat dəhlizləri saxlanılır. Ancaq məsələ başqadır. Əgər İrəvanda Dağlıq Qarabağ uğrunda vuruşmağı bu qədər istəyirdilərsə, onlar özləri nə üçün süparatçı “dövləti” tanımadılar? Ümumiyyətlə isə mötəbərliyini döyüş meydanında sübuta yetirmək, döyüşə hazır olduğunu göstərmək lazımdır”, – deyə ekspert qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir