İdman

Azərbaycanın MMA döyüşçüsü: “Rəqib səhvimdən istifadə edib qalib gəldi”

Sharing is caring!


“Rəqib mənim səhvimdən istifadə edərək qalib gəldi”.

“Report”un məlumatına görə, bunu “Rizin” Döyüş Federasiyasının Bakıda təşkil etdiyi “Landmark 7” turnirində cənubi koreyalı Kyun Pyu Kimə uduzan Tural Rəhimov deyib.

Azərbaycanın MMA döyüşçüsü rəqibdən güləş gözlədiyini, lakin onun zərbə endirdiyini söyləyib:

“Bu çəkidə ilk dəfə mübarizə aparırdım. Amma bəhanə axtarmıram. Hər üslubda mübarizə aparmağa, onun sürprizlərinə hazır idim. Sadəcə, fikrimi cəmləyə bilmədim. Bu, mənim səhvim idi”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir