Cəmiyyət

Biləsuvarda NİVA “KamAz”la toqquşdu: Xəsarət alanlar var

Sharing is caring!


Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Nəsimikənd kəndində qeydə alınıb.

NİVA markalı minik avtomobili “KamAz” markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü, 1945-ci il təvəllüdlü Xudayar Xudaş oğlu Qulamov və sərnişini, 32 yaşlı oğlu Telman Xudayar oğlu Qulamov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir