İdman

“Qarabağ”ın rəqibi “Top-5” liqalarda 50 qol həddini keçən ilk komandadır

Sharing is caring!


“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Almaniyanın “Bayer 04” klubu yeni rekorda imza atıb.

“Report”un məlumatına görə, Leverkuzen təmsilçisi cari mövsüm Avropanın “Top-5” liqasında 50 qol həddini keçən ilk komanda olub.

Komanda son olaraq ölkə kubokunun 1/16 finalında “Zandhauzen”i 5:2 hesabı ilə məğlub edib.
Beləliklə, “Bayer 04” keçirdiyi 14 oyunda 51 qola imza atıb.

Qeyd edək ki, Bundesliqa klubu Avropa Liqasının qrup mərhələsinin III turunda evdə “Qarabağ”ı 5:1 hesabı ilə məğlub etmişdi. Bu komandalar arasında IV turun qarşılaşması noyabrın 9-da Bakıda baş tutacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir