İdman

Tural Rəhimov: “İstərdik ki, bizdən sonra da güclü MMA döyüşçülərimiz olsun” – VİDEO

Sharing is caring!


MMA döyüşçüsü Tural Rəhimov Bakıda keçiriləcək “Rizin” turnirinə hazırlıq prosesi haqda Baku TV-yə danışıb.

O bildirib ki, yarışlara hazırlıq iki mərhələdən ibarət olub:

“Birinci hazırlığımız Azərbaycanda, ikincisi isə ABŞ-nin Mayami şəhərində keçdi. İkinci hazırlığımız fiziki məşqlərdən ibarət idi və çox ağır idi. 20 gün qalmış Azərbaycana qayıtdıq. Burada nisbətən yüngül – taktiki məşqlər edirik və rəqibə qarşı hazırlaşırıq”.

T.Rəhimov onu da vurğulayıb ki, Azərbaycanda MMA yarışları çox az keçirilir:

“İstəyərdik ki, karyeramızı yekunlaşdırdıqdan sonra da Azərbaycanda güclü idmançılar olsun, “Rizin” yarışları keçirilsin. Tofiq, Vüqar kimi idmançıların sayı 2 yox, ən azı 30-40 olsun”, – deyə döyüşçümüz qeyd edib.

Daha ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir