Cəmiyyət

Qaxda atı vuran avtomobil aşıb, iki nəfər xəsarət alıb

Sharing is caring!


Qax rayonunda baş verən yol-nəqliyyat hadisəsində iki nəfər xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə rayonun Qaradolaq kəndi ərazisində baş verib.

Belə ki, Ramin Abdulla oğlu Novruzovun idarə etdiyi VAZ-2106 markalı minik avtomobili ilə hərəkətdə olarkən anidən nəqliyyat vasitəsinin qarşısına at çıxıb.

Sürücü avtomobillə atı vurub. Nəticədə avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Hadisə zamanı xəsarət alan sürücü R.Novruzov və onun sərnişini Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir