İdman

Premyer Liqa: “Qarabağ” bu gün vahid lider ola bilər – CƏDVƏL

Sharing is caring!


Bu gün Azərbaycan Premyer Liqasında XI tura yekun vurulacaq.

Oxu.Az-ın məlumatına görə, son gündə çempion “Qarabağ” meydana çıxacaq.

Ağdam təmsilçisi çempionatın sürpriz komandalarından olan “Araz-Naxçıvan”la qarşılaşacaq. Qadınlardan ibarət Azərbaycan millisinin Millətlər Liqasındakı matçı “Dalğa Arena”da keçiriləcəyindən, Naxçıvan təmsilçisi rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.

Bu turda “Zirə” büdrədiyindən, “Qarabağ” qələbə qazanacağı halda vahid liderliyə yüksələcək. Əks təqdirdə isə “Araz-Naxçıvan” ikinci pillədəki rəqibi ilə xal fərqini aradan qaldıracaq.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” “Səbail”lə (2:2), “Sumqayıt” “Qəbələ” ilə (0:0) bərabərə qalıb, “Turan Tovuz” “Kəpəz”ə (4:0), “Sabah” isə “Neftçi”yə (1:0) qalib gəlib.

Premyer Liqa

XI tur

30 oktyabr (bazar ertəsi)

19:00. “Araz-Naxçıvan” – “Qarabağ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov.

Hakim-inspektor: Ceyhun Haşımov.

AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.

Tofiq Bəhramov adına Respublika stadionu.

N

Klublar

O

Q

H

M

T-F

X

1

“Zirə”

11

6

3

2

11-7

21

2

“Qarabağ”

10

6

2

2

20-8

20

3

“Səbail”

11

5

3

3

19-17

18

4

“Araz-Naxçıvan”

10

5

2

3

13-10

17

5

“Neftçi”

11

4

3

4

11-10

15

6

“Turan Tovuz”

11

4

3

4

18-13

15

7

“Sumqayıt”

11

4

3

4

10-13

15

8

“Sabah”

11

3

4

4

15-14

13

9

“Qəbələ”

11

2

2

7

7-20

8

10

“Kəpəz”

11

1

3

7

5-17

6

Bombardirlər: Olavio Juninyo (“Qarabağ”) – 7, Aleksandr Ramalinqom (“Səbail”) – 5, Pedro Nuno (“Səbail”) – 4.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir