İqtisadiyyat

“AZCHEMCO” şirkəti yeni “VS 32” məhsulu ilə beynəlxalq bazarlara çıxır – FOTO

Sharing is caring!

“AZCHEMCO” şirkəti tarixdə ilk dəfə karbamid-ammonium nitrat maye gübrəsinin əldə edilməsinə nail olub.  

Gübrədə azotun kütlə payı 32% təşkil edir.

Şirkət formulaların hazırlanması və bitkilər üçün gübrələrin, eyni zamanda dərman preparatlarının istehsalı ilə məşğuldur.
Yeni maye gübrənin əldə edilməsi barədə şirkətin mətbuat xidməti “İntertek” beynəlxalq müfəttişlik xidmətinin laboratoriya sınaqlarının nəticələrinə istinadən məlumat verib.

Nəzərinizə çatdırmaq istərdik ki, məhsulu innovativ edən onun əldə olunma üsuludur. Əsas məqam odur ki, qarışdırma və istehsal prosesi “soyuq” emal üsulundan istifadə etməklə həyata keçirilir.

KAN – sulu ammonium nitrat və karbamid məhlullarının qarışığıdır (35,4% karbamid, 44,3% nitrat, 19,4% su, 0,5% ammonyak suyu nisbətində). Maye gübrənin sıxlıq nisbəti 1,34 kq/m3-ə qədərdir.  

Bu, üç formada azot ehtiva edən yeganə azot gübrəsidir. Bu zaman nitrat – ani hərəkəti təmin edir; ammonium – nitrifikasiya prosesində nitrat formasına keçir; amid – torpaq mikroorqanizmlərinin fəaliyyəti nəticəsində ammonium formasına, sonra isə nitrat formasına keçir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir