Cəmiyyət

Federasiyanın sabiq vitse-prezidentinin yenidən məhkəməsi başlayıb

Sharing is caring!


Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Kikboksinq Federasiyasının dələduzlquda ittiham olunan sabiq vitse-prezidenti, idmançı Səbuhi Rəcəbin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Pravda.az xəbər verir ki, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası oktyabrın 31-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S.Rəcəb 3 nəfərə qarşı 240 min manatdan çox dələduzluq etməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan olunub. S.Rəcəb BDU-nun Hüquq fakültəsini bitirib. Konstitusiya Məhkəməsində işləyib. Eyni zamanda peşəkar idmançı və biznesmen olub. 2015-ci ildə Kikboksinq Federasiyasında vitse-prezident kimi çalışıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir