İdman

“Sumqayıt”ın hakimi təhqir edən futbolçusu diskvalifikasiya edildi

Sharing is caring!


“Sumqayıt-2”nin futbolçusu Ruslan Əliyev Əvəzedicilər Liqasının X turu çərçivəsində keçirilən “Sabah-2” ilə oyunda hakimi təhqir etdiyi üçün diskvalifikasiya olunub.

Peşəkar Futbol Liqasından verilən məlumata görə, birbaşa qırmızı vərəqə alan oyunçu dörd oyunluq cəzalandırılıb, klubu 300 manat cərimə edilib.

Bundan əlavə, matçın son dəqiqələrində meydandan qovulan “Sabah-2”nin üzvü Fəxri Məmmədli və “Sumqayıt-2”nin futbolçusu Said Əliyev qarşıdakı oyunu buraxacaqlar. Hər iki komanda buna görə 50 manat ziyana düşüb.

Qarşılaşmada “Sabah-2”nin beş, “Sumqayıt-2”nin isə dörd futbolçusu sarı vərəqə alıb. Bu, onlara əlavə 70 manatlıq cərimə bahasına başa gəlib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir