İdman

Azərbaycan milllisinin baş məşqçisi: “Rəqiblər əvvəllər bizi saymırdılar, indi hörmət edirlər”

Sharing is caring!


“Favorit olaraq ilk 5-likdə görünürük. Rəqiblər əvvəllər bizi saymırdılar, indi hörmətlə yanaşırlar. Bu səbəbdən işimiz bir az çətinləşib”.

“Report” xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq dünya çempionatına yollanan minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev deyib.

Mütəxəssis komandada ümumi vəziyyətin, əhvali-ruhiyyənin yaxşı olduğunu bildirib:

“İlk dəfə dünya çempionatına gedirik. Qayıdanda gülə-gülə dönəcəyimizə inanıram”.

Quliyev qrupdakı rəqibləri araşdırdıqlarını söyləyib:

“Tam olmasa da, 50 faiz məlumatımız var. Daha güclü qrupda yer ala bilərdik. Reytinqə görə münasib rəqiblərlə düşdüyümüzü deyə bilərik. Birinci oyundan çox şey asılıdır. Həmin matçdan sonra qrupun vəziyyəti bilinəcək. Minimum hədəf qrupdan çıxmaqdır. Daha da irəli gedə bilərik. Oyuna diktə edən tərəf olmalıyıq ki, qalib gələk. Yoldaşlıq görüşlərində də gördük ki, bizə qarşı daha çox müdafiədən çıxış etməyə üstünlük verirlər. Ümid edirəm ki, oyunçular özlərini yaxşı tərəfdən göstərə biləcəklər”.

Baş məşqçi son olaraq Bəxtiyar Soltanovun heyətdə yer almamasına toxunub:

“Səhhətində bir az problemlər oldu. İnanıram ki, gələcək qarşılaşmalarda iştirak edə biləcək”.

Qeyd edək ki, milli dünya çempionatının G qrupunda İraq, Misir və Tunislə mübarizə aparacaq. Komanda ilk görüşünü oktyabrın 27-də İraqa qarşı keçirəcək.

Azərbaycan yığması son Avropa çempionatının qalibidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir