İdman

Əliyar Ağayev “Frayburq”un oyununu idarə edəcək

Sharing is caring!


UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 26-da, “TSC Arena”da keçiriləcək “Baçka Topola” (Serbiya) – “Frayburq” (Almaniya) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.

Bu barədə AFFA-nın saytı məlumat yayıb. Ə.Ağayevə yan xətlərdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Oyunun VAR hakimləri türkiyəli Alper Ulusoy və Abdulkadir Bitigen olacaqlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir