İdman

Azərbaycan cüdoçuları Avropa Kubokunda birinci yeri tutublar – FOTO

Sharing is caring!


Azərbaycanın yeniyetmə cüdoçuları Latviyanın paytaxtı Riqada keçirilmiş Avropa Kubokunda dörd qızıl, üç gümüş və beş bürünc medal qazanıblar.

“Report”un məlumatına görə, idmançılar medal əyarına görə ümumi hesabda və oğlanlar arasında birinci yeri tutublar.

İki gün davam edən turnirdə Azərbaycan oğlanlar arasında yeddi çəki dərəsində 16 cüdoçu ilə təmsil olunub.

Bahadır Feyzullayev (50 kq), Mirxaliq İskəndərov (60 kq), Ümüd Qurbanov (66 kq), Sübhan Axundov (+90 kq) qızıl, Rüstəm Qasımzadə (50 kq), Əli Qazıməmmədov (81 kq), Rəsul Səmədli (+90 kq) gümüş, Nihad Məmişov (55 kq), Səlim Sultanov, Səid Şərifov (hər ikisi 66 kq), Cəsur İbadlı (73 kq) və Mehdi Abbasov bürünc medal əldə ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir