İdman

Avropada günün maraqlı futbol oyunları: İngiltərə və Türkiyədə derbi həyəcanı – AFİŞA

Sharing is caring!


Bu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol qarşılaşmaları keçiriləcək.

Oxu.Az xəbər verir ki, İngiltərə Premyer Liqasında IX tur derbi ilə başlayacaq. Mersisayd derbisində əzəli rəqiblər – “Liverpul” və “Everton” birincilərin meydanında münasibətlərinə aydınlıq gətirəcəklər. Axşam isə London derbisi baş tutacaq. Uğursuz çıxış edən “Çelsi” doğma meydanda “Arsenal”la üz-üzə gələcək.

“Dumanlı Albion”da bu gün, həmçinin, “Mançester Siti” – “Brayton”, “Nyukasl” – “Kristal Pelas”, “Şeffild Yunayted” – “Mançester Yunayted” kimi digər maraqlı oyunlar da baş tutacaq.

Fransa Liqa 1-də son çempion PSJ “Strazburq”u sınağa çəkəcək. “Marsel” isə ikinci pillədə qərarlaşan “Nitsa”nın qonağı olacaq.

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki növbəti rəqibi olan Leverkuzen “Bayer”i Almaniya Bundesliqasının VIII turunda “Volfsburq” səfərinə yollanacaq. Son çempion “Bavariya” autsayderlər sırasında qərarlaşan “Maynts”ın qonağı olacaq.

İtaliya A Seriyasında son çempion “Napoli” “Verona”nın, “İnter” isə “Torino”nun qonağı olacaq.

İspaniya La Liqasında lider “Real Madrid” uğursuz mövsüm keçirən “Sevilya”nın qonağı olacaq. Paytaxtın digər təmsilçisi “Atletiko Madrid” isə son sıralarda qərarlaşan “Selta” ilə səfər oyununa çıxacaq.

Türkiyə Super Liqasında İstanbul derbisi baş tutacaq. Son çempion “Qalatasaray” öz meydanında “Beşiktaş”la münasibətlərinə aydınlıq gətirəcək.

Avropada günün maraqlı futbol qarşılaşmaları

21 oktyabr (şənbə)

İngiltərə Premyer Liqası

15:30. “Liverpul” – “Everton”

18:00. “Mançester Siti” – “Brayton”

18:00 “Nyukasl” – “Kristal Pelas”

20:30. “Çelsi” – “Arsenal”

23:00. “Şeffild Yunayted” – “Mançester Yunayted”

Fransa Liqa 1

19:00. PSJ – “Strazburq”

23:00. “Nitsa” – “Marsel”

Almaniya Bundesliqası

17:30. “Volfsburq” – “Bayer”

20:30. “Maynts” – “Bavariya”

İtaliya A Seriyası

17:00. “Verona” – “Napoli”

20:00. “Torino” – “İnter”

İspaniya La Liqası

20:30. “Sevilya” – “Real Madrid”

23:00. “Selta” – “Atletiko Madrid”

Türkiyə Super Liqası

20:00. “Qalatasaray” – “Beşiktaş”

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir