Dünya

Tramp məhkəmə əməkdaşının fotosunu paylaşdığına görə cərimələndi – FOTO

Sharing is caring!


ABŞ-nin keçmiş prezidenti Donald Tramp məhkəmə əməkdaşının fotosunu sosial şəbəkələrdə dərc etdiyinə görə 5 min dollar məbləğində cərimələnib.

“Nyu-York ştatının hakimi Artur Enqoron ABŞ-nin 45-ci prezidenti Donald Trampı 5 min dollar məbləğində cərimələyib. Qanun pozuntusu ondan ibarətdir ki, Tramp məhkəmə əməkdaşının ABŞ Senatı Konqresində Demokratik əksəriyyətin lideri Çak Şumerlə birlikdə çəkdirdiyi fotonu “Truth Social” sosial şəbəkəsində paylaşıb”, – deyə bununla bağı məlumatda bildirilib.

Fotonun altına yazdığı şərhdə isə Tramp hakim Enqoronun əməkdaşını cənab Şumerin “rəfiqəsi” adlandırıb.

Daha əvvəl məhkəmə fotonun sosial şəbəkələrdən silinməsinə qərar verib. Lakin qeyd Amerikanın keçmiş liderinin səhifəsindən yoxa çıxsa da, fotonun özü eks-prezidentin seçki kampaniyası saytında qalıb.

Mənbə: URA.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir