Dünya

Yaponiya COVID-dən gündəlik ölümlə bağlı antirekordunu yenilədi

Sharing is caring!

Yaponiyada son 24 saatda 460-dan çox insan COVID-dən həyatını itirib.

Beləliklə, ölkə koronavirusdan gündəlik ölümlərin antirekordunu yeniləyib.

Gün ərzində 230 mindən çox yoluxma aşkar edilib. Bu, pandemiyanın bütün dövrü üçün maksimum göstərici olmasa da, bir sıra regionlarda yoluxmuş insanların sayı antirekordu yeniləyib.

Mütəxəssislər xəbərdarlıq edir ki, yanvar ayının ikinci yarısında yoluxma sayında kəskin artım baş verə bilər. Bu zaman gündəlik yoluxma nisbəti 450 min nəfəri keçə bilər.

Qeyd edək ki, hazırda Yaponiyada pandemiya ilə əlaqədar heç bir məhdudiyyət yoxdur, lakin ictimai yerlərdə maskalar tələb olunur.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir