Dünya

Manisada 350 nəfər qidadan zəhərlənib

Sharing is caring!


Türkiyənin Manisa şəhərində qidadan 350 nəfər zəhərlənib.

Məlumata görə, zəhərlənmə şəhərdə iş yerlərinə xidmət göstərən qidapaylama şirkətinin verdiyi yeməklər səbəbindən baş verib.

Qeyd edək ki, 321 nəfər müalicədən sonra evə buraxılıb, 29 nəfərin isə müalicəsi davam edir. Onların heç bir həyati təhlükəsi yoxdur.

Rayon Sağlamlıq İdarəsi tərəfindən müvafiq qidapaylama şirkətindən su nümunələri, yeməklərdən isə bölgənin Kənd Təsərrüfatı və Meşə İdarəsi tərəfindən qida nümunələri götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Habertürk

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir