İdman

AVRO-2024: İngiltərə və Macarıstan final mərhələsində, San-Marino uzun müddət sonra qol vurdu – VİDEO

Sharing is caring!


AVRO-2024-ün seçmə mərhələsində VIII tura yekun vurulub.

Oxu.Az xəbər verir ki, son gündə üç qrupun oyunları keçirilib.

C qrupunda İtaliya ilə qarşılaşan İngiltərə millisi öz meydanında qələbə qazanaraq, final mərhələsinə vəsiqəni rəsmiləşdirib.

G qrupunda qərarlaşan Macarıstan isə səfərdə Litva ilə heç-heçə edib. Bu, macarların Almaniyadakı qitə birinciliyinə vəsiqə qazanmaları üçün kifayət edib.

H qrupunun San-Marino – Danimarka matçı da yaddaqalan olub. Qonaqların 1:2 hesabı ilə qalib gəldiyi qarşılaşmada meydan sahiblərinin fərqlənə bilməsi diqqət çəkib. San-Marino millisi iki il idi qol sevinci yaşamırdı. Komanda sonuncu dəfə 2021-ci ildə Polşaya qarşı dünya çempionatının seçmə mərhələ matçında (1:7) qol vura bilmişdi.

Qeyd edək ki, buna qədər ev sahibi Almaniya ilə yanaşı, Belçika, Fransa, Portuqaliya, İspaniya, Şotlandiya, Türkiyə və Avstriya Avropa çempionatına vəsiqəni rəsmiləşdirmişdilər.

AVRO-2024, seçmə mərhələ
VIII tur
17 oktyabr

C qrupu
22:45. Malta – Ukrayna – 1:3
22:45. İngiltərə – İtaliya – 3:1

Xal durumu: İngiltərə – 16 (6 oyun), Ukrayna – 13 (7), İtaliya – 10 (6), Şimali Makedoniya – 7 (6), Malta – 0 (7)

G qrupu
22:45. Litva – Macarıstan – 2:2
22:45. Serbiya – Monteneqro – 3:1

Xal durumu: Macarıstan – 14 (6), Serbiya – 13 (7), Monteneqro – 8 (6), Litva – 6 (7), Bolqarıstan – 2 (6)

H qrupu
20:00. Finlandiya – Qazaxıstan – 1:2
22:45. Şimali İrlandiya – Sloveniya – 0:1
22:45. San Marino – Danimarka – 1:2

Xal durumu: Sloveniya – 19 (8), Danimarka – 19 (8), Qazaxıstan – 15 (8), Finlandiya – 12 (8), Şimali İrlandiya – 6 (8), San Marino – 0 (8).

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir