Dünya

Pentaqon ABŞ-nin İsrailə fasiləsiz silah tədarük etdiyini açıqladı

Sharing is caring!


“ABŞ-nin İsrailə silah tədarükü fasiləsiz olaraq davam edəcək. ABŞ hərbi nəqliyyat aviasiyası oktyabrın 12-dən bu yana artıq beş belə uçuş həyata keçirib”.

Bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqh deyib.

“Siz çox güman ki, İsrailə stabil silah axınının davam etdiyini görəcəksiniz. Düşünürəm ki, bu günə qədər C-17 təyyarələri ilə beş reys həyata keçirilib, onlar İsrailə təhlükəsizlik sahəsində müxtəlif növ yardımları uğurla çatdırıblar. Bu reyslər oktyabrın 12-dən oktyabrın 16-dək olan müddət ərzində həyata keçirilib. Beləliklə, gördüyünüz kimi, demək olar ki, hər gün İsrailə yardım göndəririk. Mən onların davam edəcəyini gözləyərəm”, – deyə Sinqh bildirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir