İdman

“İnter Mayami” Messisiz məğlub oldu

Sharing is caring!


MLS çempionatının 31-ci turunda “İnter Mayami” klubu “Çikaqo Fayr”a uduzub.

“Solcer Fild” stadionunda keçirilən görüş 1:4 hesabı ilə başa çatıb.

İki yarımmüdafiəçi Şerdan Sakiri və Maren Hayle-Selassi “Çikaqo” üçün vurduqları dublla fərqləniblər. “İnter Mayami” üçün yeganə qolu isə hücumçu Сozef Martines penalti zərbəsindən yerinə yetirib.

Lionel Messi əzələ zədəsi səbəbindən matçda iştirak etməyib. 36 yaşlı futbolçu ayağından aldığı zədə səbəbindən ardıcıl dördüncü və “İnter Mayami”nin son altı matçının beşinci oyununu buraxıb.

Qeyd edək ki, “İnter Mayami” MLS-də ardıcıl dördüncü matçdır ki, Messisiz qalibiyyət qazana bilmir. Belə ki, “Atlanta” (2:5) və “Çikaqo”ya (1:4) məğlub olan klub “Orlando Siti” (1:1) və “Nyu York Siti” ilə də iki heç-heçə (1:1) edib.

Mənbə: Championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir