Cəmiyyət

Naxçıvanda avtomobil ticarət mərkəzinə çırpılıb, xəsarət alan var – FOTO

Sharing is caring!


Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib, avtomobil ticarət mərkəzinə çırpılıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb.

Yağışlı havada idarəetməni itirən “Runna” markalı avtomobil ticarət mərkəzinin divarına çırpılıb.

Nəticədə 1981-ci il təvəllüdlü, Naxçıvan şəhər sakini Ülviyyə İsmayıl qızı Nağıyeva xəsarət alıb.

O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir