İdman

Azərbaycanın dörd boksçusu Avropa Kubokunda bürünc medalla kifayətlənib

Sharing is caring!


Azərbaycanın dörd boksçusu Monteneqronun Budva şəhərində keçirilən Avropa Kubokunda bürünc medalla kifayətlənib.

Bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, Tural Sarıyev (48 kq) yarımfinalda Artiş Soyanla (Rusiya), Tayfur Əliyev (60 kq) Sofyan Umia (Fransa) ilə, Sərxan Əliyev (71 kq) Damian Durkajla (Polşa) və Mirşərif Kazımzadə (75 kq) Cambulat Bijamovla (Rusiya) qarşılaşıb.

Bu görüşlərdə rəqiblər mərhələ adladığından, boksçularımızın 4-ü də yarışı bürünc medalla başa vurub.

63,5 kq çəkidə Ahmat Ştivi (İsrail) döyüşdən imtina etdiyi üçün Malik Həsənov finalda mübarizə aparacaq. Milli üzvü çempionluq uğrunda Qabil Məmmədovla (Rusiya) döyüşəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir