İdman

İsveç klubuna qarşı oynamış futbolçu: “Qarabağ” “Hakken”i məğlub edəcək gücdədir”

Sharing is caring!


“Komandanın qələbə qazanmaq üçün gücü var. Qalib gələcəklərinə inanıram”.

Bunu “Report”a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Elvin Yunuszadə Azərbaycan təmsilçisinin İsveçdə yerli “Hakken” klubuna qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun oyunu ilə bağlı danışarkən deyib.

31 yaşlı müdafiəçi avrokubok matçlarının asan olmadığını bildirib:

“Mən də bunun şahidi olmuşam. Bu görüş “Qarabağ” üçün çətin keçəcək. Çoxları komandanın aşkar favorit olduğunu düşünürlər. Amma həqiqətən, elə deyil. Səfərdən bir xalla qayıtmaq da uğurdur. Məncə, qrupda kimin ikinci yeri tutacağı sonuncu turda bəlli olacaq”.

Yunuszadə 2016/17 mövsümündə “köhlən atlar”ın UEFA Avropa Liqasının pley-off mərhələsində İsveçin “Göteborq” klubuna qalib gəldikləri oyunu (0:1; 3:0) da xatırlayıb:

“3:0 hesabı ilə qalib gəldiyimiz Bakıdakı matçda çox əziyyət çəkmişdik. Kənardan hamı hesaba və ada baxıb deyir ki, “Qarabağ” turu rahat keçməlidir. Amma elə şey yoxdur. Avrokuboklar çempionat qarşılaşmalarından tam fərqlənir”.

Qeyd edək ki, Elvin Yunuszadə 2015-18-ci illərdə Ağdam təmsilçisinin formasını geyinib.  2022-ci ildən “Kəpəz”də oynayır.

Bu gün “Ullevi” stadionunda reallaşacaq “Hakken” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir