İdman

“Vüqar Həşimov” Avropa Kubokunda mübarizə aparacaq

Sharing is caring!


Bu gün Albaniyanın Durras şəhərində şahmat üzrə klublar arasında Avropa Kubokuna start veriləcək.

Oxu.Az xəbər verir ki, ölkəmizi yarışda “Vüqar Həşimov” komandası təmsil edəcək.

“Vüqar Həşimov” komandasında üçqat Avropa çempionu Rauf Məmmədov, Aydın Süleymanlı, Vüqar Əsədli, Əhməd Əhmədzadə, 20 yaşlılar arasında dünya çempionu Abdulla Qədimbəyli, Read Səmədov və Ülvi Sadıxov çıxış edəcəklər.

Komandaya Vüqar Həşimovun qardaşı Sərxan Həşimov rəhbərlik edir.

Bu gün Avropa Kubokunun ilk turunda “Vüqar Həşimov” komandası Böyük Britaniya təmsilçisi “Seltik Taygers”lə qarşılaşacaq.

Qeyd edək ki, kişilərin yarışında 84 klub mübarizə aparır. Reqlamentə əsasən iştirakçılar yeddi turda çıxış edəcəklər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir