Cəmiyyət

Mir Cəlal Paşayevin ev-muzeyində ulu öndərin 100 illiyinə həsr olunmuş tədbir keçirilib – FOTO

Sharing is caring!


Milli Aviasiya Akademiyasının və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncə şəhərində Mir Cəlal Paşayevin ev muzeyində ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar.

Mir Cəlal Paşayevin ev-muzeyində davam edən tədbirdə Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Paşayevin salamları və ürək sözləri çatdırılıb.

MAA-nın I prorektoru, professor Ədalət Səmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Akademiyanın professoru, Xalq şairi Nəriman Həsənzadə, AMEA Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, MAA rektorunun köməkçisi, dosent Gülnarə Əhmədova və MAA dosenti Aygün Zeynalova ümummilli lider Heydər Əliyevin yürütdüyü uzaqgörən siyasət və zəngin ömür yolu barədə danışıblar. Qeyd olunub ki, böyük yazıçı, alim və görkəmli ədib Mir Cəlal Paşayevin ədəbi irsi Azərbaycan ədəbiyyatının inkişafında və məzmunca zənginləşməsində mühüm rol oynayıb.

MAA tələbələri ümummilli liderə həsr olunan şeir və musiqilər səsləndiriblər. Həmçinin görkəmli ədib Mir Cəlal Paşayevin ədəbi yaradıcılığından səhnələr canlandırıblar.

Tədbirdən sonra qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət ediblər, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, eləcə də onun Gəncəyə səfərləri və Gəncə şəhərinin inkişafındakı rolunu özündə əks etdirən eksponatlarla tanış olublar.

Tədbirdə çıxışçılardan əlavə MAA-nın prorektorları professor Xəqani Abdullayev, Rafiq Həsənov, professor-müəllim heyəti, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov, Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini müvəqqəti icra edən Yaşar Ömərov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov və Gəncə Şəhər Məhkəməsinin sədr müavini, MAA məzunu Tural Qocayev qonaq olublar.

Sonda tədbir iştirakçılarına MAA adından xatirə hədiyyələri təqdim edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir