Cəmiyyət

Qəbələdə iki maşın toqquşdu: Ölən var

Sharing is caring!


Qəbələ rayonunun Aydınqışlaq kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın məlumatına görə, Seymur Zamanovun idarə etdiyi VAZ-2107 və Əmrah Qasımovun idarə etdiyi QAZ-53 markall avtomobillər toqquşub.

Nəticədə VAZ-ın sürücüsü xəsarət alıb. Sərnişini Yevlax rayon sakini Fərman Səfərov aldığı xəsarətlərdən ölüb.

Məlumatla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir