İdman

A Seriyası: “Napoli”dən böyükhesablı səfər qələbəsi – VİDEO

Sharing is caring!


İtaliya A Seriyasında VII turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, son çempion “Napoli” “Leççe”nin qonağı olub.

Qarşılaşma Neapol təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb – 4:0.

Hesabı 16-cı dəqiqədə Leo Ostiqor açıb. 51-ci dəqiqədə Viktor Osimhen fərqi iki topa çatdırıb. 88-ci dəqiqədə Canluka Qaetano üçüncü topu vurub. Qarşılaşmada son nöqtəni isə 90+5-ci dəqiqədə penaltidən fərqlənən Mateo Politano qoyub.

Bu qələbədən sonra xallarını 16-ya çatdıran “Napoli” üçüncü pilləyə yüksəlib. “Leççe” bir pillə geriləyərək yeddinci yerə düşüb. Komandanın 11 xalı var.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir